“Nyukasl”ın üzvü Nik Voltemade karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, almaniyalı hücumçu ilə “Barselona” yaxından maraqlanır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik klubun idman direktoru Dekoya yay transfer pəncərəsi zamanı həmyerlisini heyətə qatmağı tapşırıb. Voltemade mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Robert Levandovskinin potensial əvəzedicisi kimi nəzərdən keçirilir.
Mümkün transfer kataloniyalılara 70–90 milyon avro aralığında başa gələ bilər.
Qeyd edək ki, “Nyukasl” futbolçunu mövsümün əvvəlində “Ştutqart”dan 75 milyon avroya transfer edib. O, bu mövsüm komandasının heyətində bütün turnirlərdə 42 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.