Almaniyanın yeni baş məşqçisi məlum oldu
19.09.2023 - 15:25
![Almaniyanın yeni baş məşqçisi məlum oldu](https://apasport.az/storage/news/2023/september/19/big/650980de509b5650980de509b61695121630650980de509b3650980de509b4.png)
Almaniya millisinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Apasport.az saytı xəbər verir ki, Bundestimin sükanı arxasına Yulian Naqelsman keçib.
36 yaşlı mütəxəssislə anlaşma 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Alman məşqçinin ayda 400 min avro maaş alacağı bildirilir.
Qeyd edək ki, Naqelsman 2021-ci ilin iyulundan, 2023-cü ilin mart ayına kimi “Bavariya”ya rəhbərlik edib. Gənc məşqçi Münhen təmsilçisi ilə bir Bundesliqa çempionluğu, iki Almaniya kuboku qazanmağın sevincini yaşayıb.
0
0