![Antonidən məşhur dijeyə zorakılıq](https://apasport.az/storage/news/2023/june/06/big/647f5eba8ecb4647f5eba8ecb51686068922647f5eba8ecb2647f5eba8ecb3.jpg)
“Mançester Yunayted”in hücumçusu Antoni məişət zorakılığında günahlandırılır.
Apasport.az-ın məlumatına görə, braziliyalı məşhur dijey Qabriela Kavallin bu barədə polisə şikayət edib.
San-Pauludaki polis məntəqəsinə ərizə ilə müraciət edən şikayət edən Kavallin oyunçunu ona zor tətbiq etdiyini və zədələr aldığını bildirib. Tanınmış dijey təcili məhkəmə-tibbi müayinə olunmasını tələb edib. Onun şikayətə şəkillər və Antoni ilə arasında yazışmaları əlavə etdiyi də məlum olub.
Qeyd edək ki, “San-Paulu”nun yetirməsi olan Antoni 2022-ci ildə “Ayaks”dan “Mançester Yunayted”ə transfer olunub.