Argentina milli komandasının məşqçilər korpusunda ayrılıq yaşanacaq.
Apasport.az xəbər verir ki, baş məşqçi Lionel Skaloninin köməkçisi Valter Samuel vəzifəsindən ayrılmaq qərarına gəlib.
Bu barədə Skaloni Argentina - Uruqvay arasında oynanılacaq yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, sabiq müdafiəçi müstəqil məşqçilik karyerasına başlamaq istəyir.
“Valter artıq bizə qərarını bildirmişdi. O, baş məşqçi kimi öz yoluna davam edəcək. Dostuma sonsuz təşəkkür edirəm və ona uğurlar arzulayıram. O, məşqçilər korpusumuzun çox vacib üzvü olub”.
Samuel noyabrda Uruqvay və Kosta-Rikaya qarşı keçiriləcək yoldaşlıq görüşlərindən sonra millidəki fəaliyyətini başa vuracaq. Onun 2027-ci ildən baş məşqçi kimi çalışmağa başlaması gözlənilir.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2018-ci ildən Argentina millisinin məşqçilər korpusunda yer alıb. O, komanda ilə 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub.
Samuel futbolçu karyerası ərzində “Roma”, “Real Madrid” və “İnter” kimi klubların formasını geyinib.