“Arsenal”dan London derbilərində İLK
13.03.2023 - 15:09
![“Arsenal”dan London derbilərində İLK](https://apasport.az/storage/news/2023/march/13/big/640ef8eaa22c9640ef8eaa22ca1678702826640ef8eaa22c7640ef8eaa22c8.png)
“Arsenal” İngiltərə Premyer Liqasında bir ilkə imza atıb.
Apasport.az saytı xəbər verir ki, “topçular” ardıcıl 5 səfər derbisində London klublarına qalib gələn ilk klub olub.
Mikel Artetanın yetirmələri “Fulhem” (3:0), “Tottenhem” (2:0), “Çelsi” (1:0), “Brentford” (3:0) və "Kristal Pelas"ı (2:0) məğlub edib.
Qeyd edək ki, “Arsenal” 27 oyundan topladığı 66 xalla turnir cədvəlinin zirvəsində yer alır. Çempionatın bitməsinə 11 tur qalmış komanda ən yaxın rəqibi “Mançester Siti”ni 5 xal qabaqlayır.
0
0