"Arsenal"ın yarımmüdafiəçisi Bundesliqada çıxış edə bilər
05.08.2025 - 13:44
"Arsenal"ın yarımmüdafiəçisi Fabio Vieyra karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Ştutqart" portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, klublar arasında 25 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlar davam edir.
Qeyd edək ki, Fabio Vieyra ötən mövsüm icarə əsasında "Portu"nun formasını geyinib. O, Portuqaliya təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Zelim Kotsoyev: "Mehriban Əliyevanın təbriki mənə əlavə motivasiya verdi"
- Kamandan oxatma üzrə ölkə birinciliyinə yekun vurulub
- "Dinamo"nun futbolçusu: "Bu oyun bizim üçün çətin keçəcək"
- Qurban Qurbanov: "Oyunçu cəlb edilməsi yönündə iş gedir" – MÜSAHİBƏ
- AÇ: Olimpiya çempionumuz DİSKVALİFİKASİYA EDİLİB
0
0