“Atletiko” idman direktoru ilə yollarını ayırıb
06.01.2025 - 12:56
![“Atletiko” idman direktoru ilə yollarını ayırıb](https://apasport.az/storage/news/2025/january/06/big/677b9960b9d56677b9960b9d571736153440677b9960b9d47677b9960b9d55.jpg)
La Liqa təmsilçilərindən “Atletiko” idman direktoru Andrea Berta ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Funksionerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Berta 2013-cü ildən “Atletiko”da çalışırdı. Daha əvvəl klubda skaut olan funksioner 2017-ci ildən idman direktoru vəzifəsində çalışırdı.
0
0