Konfrans Liqasının “Roma” ilə “Feyenoord” arasında bu gün keçiriləcək final oyununa jurnalistlər proqnozlarını verib.
Apasport.az saytının sorğusunu cavablandıran 10 həmkarımızdan heç biri Niderland təmsilçisinə şans vermir.
Yalnız bir nəfər görüşün bərabərə nəticələnəcəyini, penaltilər seriyası ilə “Roma”nın qalib gələcəyini düşünür. İtalyanların işi 90 dəqiqədə həll edəcəyini proqnozlaşdıran 9 jurnalistdən 6-sı isə hesabın 3:1 olacağını təxmin edir.
“Roma” – “Feyenoord”
Müzəffər Müzəffərli (PFL) – 3:1
Mehman Süleymanov (sport24.az) - 1:0
Təbriz Quliyev (report.az) – 2:1
İlkin Sultanlı (futbol+) – 3:1
Kənan Məstəliyev (rekord.az) – 3:3 (penaltilərlə “Roma”)
Ruslan Mikayıllı (azerisport.com) – 3:1
Səbuhi Məmmədov (lent.az) – 3:1
Daşqın Əziz (offsideplus.az) – 3:1
Elsevər Məmmədov (qafqazinfo.az) – 2:0
Səbuhi Musayev (oxu.az) – 3:1
- Millimizin Küveytlə oyunu təxirə salındı
- Kadi az qala "Qarabağ"a gəlməyinə peşmandır: Braziliyalıdan maraqlı açıqlama
- UEFA Gənclər Liqası: Azərbaycan komandaları növbəti matçlarına çıxaacaqlar
- Yüksək Liqada X tura yekun vurulub
- Qurban Qurbanov rumın məşqçilər barədə: "Rednikə qarşı oyunlarımız daha maraqlı olub"