"Barsa" 100 qol həddini keçib
27.01.2025 - 12:58
!["Barsa" 100 qol həddini keçib](https://apasport.az/storage/news/2025/january/27/big/67974b3abb70b67974b3abb70c173796844267974b3abb70967974b3abb70a.jpg)
“Barselona” İspaniya La Liqasının XXI turunda “Valensiya”nı məğlub edib – 7:1.
Apasport.az xəbər verir ki, kataloniyalılar baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında 100 qol həddini keçib (101 qol).
“Barselona” bunu 32 oyunda bacarıb. Bu, klub tarixinin ən yaxşı ikinci göstəricisidir.
Rekord isə 1958/59 mövsümündə qeydə alınıb. “Barselona”da Elenio Erreranın rəhbərliyi altında 31 oyunda 100 qol vurub.
0
0