"Barselona" Xaviyə əvəzləyici tapdı
16.01.2024 - 11:37
Kataloniya "Barselona"sı baş məşqçisini dəyişə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, İspaniya Superkubokunun finalında "Real"a böyük hesablı məğlubiyyətdən (1:4) sonra Xavi Hernandes qovulmaq təhlükəsi ilə üzləşib.
Məlumata görə, ispaniyalı çalışdırıcı istefaya getsə, Kataloniya təmsilçisinin baş məşqçi postunu hazırda klubun ikinci komandasında çalışan Rafael Markes tutacaq.
Qeyd edək ki, İspaniya çempionatında "Barselona" 41 xalla üçüncü pillədə qərarlaşıb. Komanda lider "Jirona"dan 8 xal geri qalır.
- “Qəbələ” üstünlüyünü qoruya bilmədi - YENİLƏNİB
- Mehdi Hüseynzadədə "Sumqayıt" 3 xala sevindi - YENİLƏNİB
- Boşa gedən 5 milyon avro: "Fənərbaxça" braziliyalını göndərdi
- Bəhmən Həsənov: “Milliləri ləğv edərəm, “Qarabağ” da gedib İspaniyada oynasın” - OFSAYD
- Tiaqo Silva “Çelsi”dən ayrılmaq istəyir - SƏBƏB
0
0