"Barselona"da ciddi itki
05.03.2024 - 13:32

"Barselona"nın yarımmüdafiəçisi Pedri İspaniya çempionatının 27-ci turunda "Atletik Bilbao" ilə oyunda (0:0) aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb.
Apasport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümündə bir daha oynamamaq riski ilə üzləşib.
Xatırladaq ki, bu mövsüm Pedri Kataloniya komandasının heyətində 24 matçda iştirak edib. Yarımmüdafiəçi 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
İspan futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
- Azərbaycan və Bolqarıstan arasında ağırlıqqaldırma sahəsində görüş keçirilib
- Şimali İrlandiya və Lüksemburqla görüşlərə 24 futbolçu dəvət aldı
- "Borussiya" - PSJ matçının hakimləri açıqlandı
- Avropa Liqası və Konfrans Liqasında yarımfinal cütləri bilindi
- Yusuf Dikeç Kimdir? Əli Cibində Medal Qazanan İdmançı
0
0