“Barselona”ya təhlükə
23.03.2023 - 15:07
“Barselona” avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, hakimlərlə bağlı qalmaqala UEFA biganə qalmaq fikrində deyil.
Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərin edilməsi şübhəsi bir mövsümlük cəza ilə nəticələnə bilər. UEFA qaydalarına əsasən buna görə 1-3 il kənarlaşdırılma mümkündür. Yekun qərar iyunda veriləcək.
Qeyd edək ki, “Barselona” ödənişlərin məsləhət xidmətlərinə görə verildiyini iddia etsə də, ittihamçılar fərqli fikirdədir.
- Şəhriyar Məmmədyarov Özbəkistana yollandı
- “Səbail”in yay hazırlıq planı bəlli olub
- Anatoli Karpov sərxoş vəziyyətdə xəstəxanaya yerləşdirildi
- Qurban Qurbanov davam edən danışıqlardan və Lunyovun transferinin alınmamasından danışdı - Video
- Avropada bütün zamanların ən yaxşı futbolçularının adları açıqlanıb - Siyahı
0
0