“Bavariya” milli üzvü ilə anlaşdı
29.11.2022 - 12:14
“Leypsiq”in yarımmüdafiəçisi Konrad Laymerin yeni komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Avstriya millisinin üzvü Almaniyada klubunu dəyişəcək.
25 yaşlı orta sahə oyunçusu mövsümün sonunda Bundesliqanın ən güclüsü olan “Bavariya”ya keçəcək. Tərəflər 4 illik müqavilənin imzalanması üçün artıq şifahi razılığa gəliblər. Laymr mövsüm bitən kimi münhenlilərlə münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, 2017-ci ildən “Leypsiq”in formasını geyinən Konrad Laymerin müqaviləsi mövsümün sonuna qədər olduğundan, futbolçu “Bavariya”ya azad agent kimi keçəcək.
- Kəmaləddin Heydərov Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin mükafatına layiq görülüb - FOTO
- Azərbaycanın FİFA referilərinin siyahısı: Cabarovu Umudlu əvəzlədi
- Gimnastlarımız Yaponiyadakı Dünya Kubokunda mübarizə aparacaqlar
- “Araz-Naxçıvan”dan tarixi rekord
- Vaqif Paşayev: “Belə xoşbəxt günüm olmayıb”
0
0