"Bavariya" vingeri Leroy Sane ilə yeni müqavilə bağlamağa yaxındır.
Apasport.az xəbər verir ki, Sane müqavilənin uzadılmasında maraqlıdır, lakin "Bavariya" rəhbərliyi alman futbolçunu komandada saxlamaq istədiklərindən əmin deyildi.
Yeni iddialara görə, tərəflər arasında müqavilə böyük ehtimalla yenilənəcək.
Hər şey plana uyğun getsə, klub futbolçunun maaşını azaltmaq şərtilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 29 yaşlı futbolçunun hazırkı müqaviləsi iyulda başa çatacaq. Sane bu mövsüm Vinsent Kompaninin komandasının heyətində 36 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Adil Şükürov Estoniya faciəsi haqda: "Düzgün olmayan qərarlar..."
- Azər Bağırov: "Cərimə meydançasında topu verdik ki, qol vursunlar"
- Barış Alper Yılmaz və Viktor Osimhenin sağlamlıq durumu açıqlanıb
- Nesta Messini seçmədi – “Ən güclü Ronaldo idi”
- Elşad Quliyev: "Ağır qrupa düşmüşük, işimiz asan deyil"