"Benfika" Portuqaliya Liqa Kubokunu qazanıb
12.01.2025 - 12:51
Portuqaliya Liqa Kubokunun qalibi məlum olub.
Apasport.az xəbər verir ki, həlledici görüşdə “Sportinq” və “Benfika” komandaları üz-üzə gəlib. Əsas vaxtı 1:1 hesablı bərabərliklə bitən oyunun qalibi penaltilər seriyasında müəyyənləşib.
11 metrlik zərbələrdə daha dəqiq olan “Benfika” 7:6 hesablı qələbə qazanıb və kubokun sahibi olub.
"Sportinq" - "Benfika" - 1:1 (Penaldilər - 6:7)
Qollar: Şelderup, 29 (0:1), Gyökereş, 29 (1:1)
Qeyd edək ki, Liqa kuboku Portuqaliyada 2008-ci ildən keçirilir və "Benfika" hamıdan çox - 8 dəfə bu yarışın qalibi olub.
- Yığma Avropa çempionatında iki bürünc qazandı
- Millimizin baş məşqçisi: “Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”
- “Qarabağ”ın Avstriyada iki rəqibi dəqiqləşdi
- Azərbaycan klublarının Konfrans Liqasındakı mümkün rəqibləri dəqiqləşdi
- UEFA-nın Bakıda keçirilən “Bağçalarda Futbol Dərsi” layihəsi davam edir
0
0