“Beşiktaş” Cengiz Ünderlə bağlı qərarını verib
20.10.2025 - 18:44
“Beşiktaş” Cengiz Ünderlə bağlı qərarını verib

"Beşiktaş" "Fənərbaxça"dan icarəyə götürdüyü Cengiz Ünderlə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, "qara qartallar" türkiyəli vingerin transfer hüququna yiyələnəcək.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, İstanbul klubu Cengiz üçün 6 miylon avroluq satınalma bəndini işə salacaq. Baş məşqçi Sergen Yalçın 28 yaşlı futbolçunun oyunundan razıdır.

Qeyd edək ki, Cengiz Ünderi "Beşiktaş"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda 2 qolla yadda qalıb.