“Beşiktaş” ingiltərəli futbolçusunu yola salır
09.11.2022 - 15:12
“Beşiktaş” futbolçusu Dele Alli ilə yollarını ayırmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun rəhbərliyi ingiltərəli yarımmüdafiəçinin fiziki durumundan narazıdır.
Bu üzdən 26 yaşlı futbolçu ilə vidalaşmağa qərar verən İstanbul təmsilçisi onu qışda yola salmağı planlaşdırır. O, 2022-ci ilin yayında “Everton”dan “Beşiktaş”a keçib.
Qeyd edək ki, Alli cari mövsümün 9 oyununda 1 qola imza atıb.
- Məşhur futbolçudan aslanla qorxulu fotosessiya
- Azərbaycan millisi İspaniya və İngiltərə ilə bir qrupda
- Azərbaycanlı funksioner Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində fəaliyyət göstərəcək
- "Arsenal"ın futbolçusu: "Ronaldinyo tarixin ən yaxşısıdır"
- “Neftçi”dən əcnəbi futbolçusuna tapşırıq: Özünə klub tap!
0
0