"Beşiktaş" yarımmüdafiə xəttini dünya səviyyəli oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"də çıxış edən Kazemironu transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Beşiktaş" İngiltərə klubu ilə 1 illik müqaviləsi qalan 33 yaşlı futbolçu ilə danışıqlara başlamağa hazırlaşır. "Fənərbaxça" və "Roma" da təcrübəli yarımmüdafiəçi ilə maraqlanır.
Qeyd edək ki, "Mançester Yunayted" Kazmironu 2022-ci ilin yayında "Real"dan transfer edib. Braziliya millisinin üzvü ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- Anxel Di Maria milli ilə vidalaşacağı vaxtı açıqladı
- Turan Bayramov reytinq turnirində məğlub olub
- Türkiyə FIFA reytinqində gerilədi - 10 pillə birdən
- Arda Gülər Ronaldonu qabaqladı - VİDEO