“Beşiktaş” “Kayserispor”un yarımmüdafiəçi Onur Bulutu transferini rəsmiləşdirib.
Apasport.az saytı xəbər verir ki, 29 yaşlı oyunçu sabiq klubu ilə müqaviləsini tək tərəfli ləğv edərək İstanbul təmsilçisi ilə 3,5 illik razılaşma imzalayıb.
“Beşiktaş”ın bu keçidi rəsmiləşdirməsi qarşı tərəfin narazılığı ilə qarşılanıb. Bu, Bulut bu günlərdə Kayseri təmsilçisi ilə sövdələşməsini daha 3 il artırmasından irəli gəlir. Klub rəsmiləri yeni anlaşmada isə “müqavilənin tək tərəfli ləğvi” maddəsi olmadığını iddia edərək, transferə etirazlarını bildiriblər.
Türkiyə Futbol Federasiyası hələlik iddialara rəsmi açıqlama verməyib.
- Jezuşun komandası çempionluq yarışında xal itkisi ilə üzləşib
- “Tottenhem”dən qələbə, “Mançester Yunayted”dən xal itkisi
- Qurban Qurbanov: Üç gün sonra "Səbail"lə oyunda nə qədər azarkeş olacağını görəcəyik"
- Daha bir təmsilçimiz Avropa Kubokunda mübarizəyə başlayır
- "Zəfər Kuboku 2025" turnirinin qalibləri müəyyənləşib