“Beşiktaş”dan Trossard qərarı: UEFA siyahısına salınmadı
21.07.2026 - 11:32
“Beşiktaş”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Midtyulland”la keçirəcəyi oyunlar üçün təqdim etdiyi heyət açıqlanıb.
Apasport.az xəbər verir ki, yeni transfer Leandro Trossard İstanbul klubunun UEFA-ya göndərdiyi siyahıda yer almayıb.
Belçikalı futbolçunun adının heyətə daxil edilməməsinin səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, "Beşiktaş" - "Midtyulland" arasında ilk oyun iyulun 23-də İstanbuldakı Tüpraş stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Cavab görüşü isə iyulun 30-da Danimarkanın Herning şəhərində keçiriləcək.
0
0