"Beşiktaş"ın prezidentinin sürücüsü jurnalisti döyüb - ŞOK
29.10.2024 - 00:40
"Qalatasaray" - "Beşiktaş" matçından (2:1) sonra xoşagəlməz hadisə baş verib.
Apasport.az xəbər verir ki, oyundan sonra stadionun ətrafında münaqişə yaşanıb.
"Qara qartallar"ın prezidenti Hasan Aratın sürücüsü "A Spor"un "Qalatasaray" müxbiri Emre Kaplanı döyüb. Buna səbəb jurnalistin paylaşımı olub.
Həmin paylaşımda Kaplan "Keçmiş olsun Hasan Arat, keçmiş olsun Hüseyin Yücel. Təcili şəfalar diləyirəm", - deyə qeyd edib.
Hadisədən dərhal sonra "A Spor" müxbiri təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
- Rzanı istəyən klubun adı bəlli oldu: "Neftçi"nin qapıçısı yuvadan uçur?
- Beynəlxalq Media Kuboku: Millimizdən bürünc medal
- Avropa çempionatı: Hidayət Heydərov millinin heyətindən çıxarılıb
- "Arsenal" Rahim Sterlinqi transfer edib
- Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyada ikinci qızıl medalını qazanıb
0
0