Bəxtiyar Həsənalızadə oynadı, komandası 1 xal qazandı
20.04.2024 - 19:46
![Bəxtiyar Həsənalızadə oynadı, komandası 1 xal qazandı](https://apasport.az/storage/news/2024/april/20/big/6623d598acc5f6623d598acc6017136244726623d598acc5c6623d598acc5e.jpg)
Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadə Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, onun formasını geyindiyi “Tuzlaspor” “Bandırmaspor”in qonağı olub.
31-ci tur çərçivəsində keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb. Bəxtiyar 90 dəqiqə meydanda olub.
Aktivinə 1 xal əlavə edən “Tuzlaspor” 33 xalla 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Tuzla təmsilçisi növbəti turda evdə “Bodrumspor”la üz-üzə gələcək.
0
0