Almaniya millisinin keçmiş üzvü, hazırda Polşanın “Qurnik” klubunda forma geyinən Lukaş Podolski futbolçu karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat verilib.
Klubdan verilən açıqlamada bildirilib ki, Podolski bundan sonra klubun sahibi olacaq:
“Bir paraqraf bağlandı. Yeni bir dövr başlayır. Dünya çempionu Lukaş Podolski bu həftə sonu uğurlu karyerasına son qoyacaq. O, uşaqlıq klubu “Qurnik”in sahibi olacaq. Hər şey üçün təşəkkür edirik, Poldi!”
Oyunçu karyerası ərzində Podolski “Köln”, “Bavariya”, “Arsenal”, “İnter”, “Qalatasaray”, “Vissel Kobe”, “Antalyaspor” və “Qurnik” kimi klublarda oynayıb.
Podolski 2014-cü ildə Almaniya milli komandası ilə dünya çempionu olub.
- Laçında "Sağlam həyat" günlərinə start verilib - FOTO
- Əfran İsmayılov: "Qarabağ" cütün taleyini səfərdə həll edə bilər" - MÜSAHİBƏ
- İdmançımız Gürcüstanda gümüş medal qazanıb
- Azərbaycanlı konkisürən dünya çempionatına vəsiqə qazanıb
- Avropa Oyunlarında iştirak edən Azərbaycan yığması vətənə qayıdıb - FOTO