Braziliyalı futbolçu “Tottenhem” və “Real”ın hədəfində
25.12.2025 - 20:44
Braziliyalı futbolçu “Tottenhem” və “Real”ın hədəfində

“Vasko da Qama”nın yarımmüdafiəçisi Rayan karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı “The Guardian” nəşri yayıb.

19 yaşlı futbolçu ilə “Tottenhem” yaxından maraqlanır. Braziliya A Seriyası təmsilçisi gənc oyunçu üçün London klubundan 50 milyon avro tələb edir.

Məlumatda “Real” Madrid klubunun da futbolçuya maraq göstərdiyi və tələb olunan məbləği ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Rayan ötən mövsüm Braziliya A Seriyasında meydana çıxdığı 34 oyunda 14 qol vurub.