Braziliya millisi dünya çempionatlarındakı uğurlu seriyasını davam etdirib.
Apasport.az xəbər verir ki, “sambaçılar” DÇ-2026-nın qrup mərhələsində Mərakeşlə 1:1 hesablı heç-heçə edərək mundiallarda ilk oyununda məğlub olmamaq seriyasını 92 ilə çatdırıb.
Braziliya sonuncu dəfə dünya çempionatındakı açılış matçında 1934-cü ildə uduzub.
Həmin vaxt Cənubi Amerika təmsilçisi İspaniyaya 1:3 hesabı ilə məğlub olmuşdu.
1938-ci ildən bu yana isə Braziliya dünya çempionatlarında keçirdiyi ilk oyunların heç birində məğlubiyyət görməyib. Bu müddətdə komanda 16 qələbə qazanıb, 5 dəfə heç-heçə edib.
Qeyd edək ki, Braziliya DÇ-2026-da C qrupunda yer alır. Karlo Ançelottinin komandası ilk turda Mərakeşlə 1:1 hesablı heç-heçə edib.