Buffon İtaliya millisini tərk etdi
02.04.2026 - 21:56
Buffon İtaliya millisini tərk etdi

İtaliya millisində növbəti istefa gerçəkləşib.

Apasport.az xəbər verir ki, Canluici Buffon yığmanın nümayəndə heyətinin rəhbəri vəzifəsindən ayrılıb.

Bunu onun özü açıqlayıb. Sabiq qapıçı sosial şəbəkə hesabında yaydığı bəyanatda bildirib ki, bu qərarı Bosniya və Herseqovina millisinə qarşı məğlubiyyətdən dərhal sonra vermək niyyətində olub.

Qeyd edək ki, Buffon 2023-cü ildən etibarən milli komandanın nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışırdı.