Bundesliqada ötən ayın ən yaxşısı bəlli olub
08.01.2026 - 23:25
Bundesliqada ötən ayın ən yaxşısı bəlli olub

Harri Keyn Bundesliqada ötən ayın ən yaxşı futbolçusu seçilib.

Apasport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

"Bavariya"nın hücumçusu səsvermədə komanda yoldaşları Maykl Olise və Yozip Stanişiçi, həmçinin Patrik Vimmeri ("Volfsburq"), Yan Diomande və Kristofer Baumqartneri (hər ikisi "Leyptsiq") qabaqlayıb.

Qeyd edək ki, Keyn ötən ay Bundesliqa çərçivəsində 3 matçda iştirak edib və 5 qol vurub.