Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu DÇ-2026-da qrupdakı rəqibləri dəyərləndirib.
Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Avstraliya, Paraqvay və ABŞ-la oyunların asan keçməyəcəyini bildirib:
“Rəqiblərimizin adları ilk baxışdan asan görünə bilər, amma elə deyil. Avstraliya fiziki cəhətdən güclü komandadır. Xüsusilə standart vəziyyətlərdə təhlükəli ola bilərlər. Məncə, onlar Kosova kimi oynayacaqlar. Avstraliya arxada gözləyib əks-hücuma çıxan komandadır.
Paraqvay da belədir, texnikalı futbolçuları var. Həm uzaqdan zərbələr, həm də standart vəziyyətlər bizim üçün vacib olacaq. Çünki bu cəhətdən effektiv oyunçularımız var: Orkun, Arda, mən... Hava toplarında da yaxşı futbolçularımız var. Bütün variantlarımızı meydanda istifadə etməliyik.
Əlbəttə, ABŞ da var. Onların da çox yaxşı oyunçuları var. Amma dediyim kimi, əvvəlcə ilk oyuna baxacağıq, sonra növbəti matçları düşünəcəyik”.
Qeyd edək ki, Türkiyə DÇ-2026-da D qrupunda Avstraliya, Paraqvay və ABŞ-la mübarizə aparacaq.
- Premyer Liqa klubları növbəti iclasını keçirdi
- “Neftçi”də sol cinah problemi: Çıxış yolu Braziliyadan tapıldı
- Sahil Babayev: "Azərbaycan çempionatına titulundan asılı olmayaraq hər bir boksçu qatılacaq"
- Nəriman Axundzadə rəsmən MLS-də
- AVRO-2026-nın Təşkilat Komitəsinin üzvləri Milli Gimnastika Arenası ilə tanış olublar