Çalhanoğlunun son durumu bəlli olub
22.11.2024 - 12:56
![Çalhanoğlunun son durumu bəlli olub](https://apasport.az/storage/news/2024/november/22/big/674037343c4e1674037343c4e21732261684674037343c4df674037343c4e0.jpg)
"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Türkiyə millisində olarkən zədələnib.
Apasport.az xəbər verir ki, 30 yaşlı futbolçu Millətlər Liqasının Uelslə oyununda (0:0) fasilədə əzələ problemi səbəbindən əvəzlənib.
Məlumata görə, futbolçunun zədəsi ciddi deyil.
Yarımmüdafiəçi sabah baş tutacaq "Verona" ilə A Seriyasının növbəti matçında meydana çıxa bilər.
Hakan Çalhanoğlu cari mövsümdə "İnter"lə keçirdiyi 12 matçda 4 qol vurub.
0
0