“Çelsi” onları alır
11.11.2022 - 22:08

“Çelsi” qış transfer pəncərəsində heyətinə iki müdafiəçi qatacaq.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Ris Ceyms zədələndiyi üçün bu mövqeyə iki futbolçu axtarır.
Bu oyunçular “Lion”dan Malo Qusto və “Bayer”dən Ceremi Frimponqdur. Baş məşqçi Qrem Potter hər iki müdafiəçinin komandanı gücləndirəcəyini düşünür.
Qeyd edək ki, cari mövsümdə 13 oyuna 1 assist edən Qustonun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Anlaşması 2025-ci ilin yayına kimi olan Frimponq 20 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
- İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlandı
- “İmkanım olsaydı, "Neftçi" rəhbərliyinə özüm yaxınlaşıb deyərdim ki...” - MÜSAHİBƏ
- Millətlər Liqasının ən məhsuldar komandasına PROQNOZ
- Zidandan vida, Pele “Kosmos”da, Messi və Ronaldo... - 35
- MLS tarixində ən bahalı transferlərin adı açıqlanıb - Dünya çempionu siyahıda yoxdur
0
0