Çempionlar Liqasında yeni rekordçu
14.12.2023 - 13:27
![Çempionlar Liqasında yeni rekordçu](https://apasport.az/storage/news/2023/december/14/big/657ac5fe79afa657ac5fe79afb1702544894657ac5fe79af8657ac5fe79af9.png)
Lamin Yamal Çempionlar Liqasının tarixinə düşüb.
Apasport.az xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi qitənin bir nömrəli klub turnirinin ən gənc assistent adını qazanıb.
Futbolçu "Antverpen"lə (2:3) matçda məhsuldar ötürmə edib. Beləliklə, 16 yaş 153 günlüyündə fərqlənən Yamal Çempionlar Liqası tarixinə ən gənc məhsuldar ötürmə müəllifi kimi düşüb.
Qeyd edək ki, bunadək rekord 2007-ci ildə 17 yaş 91 günlük olarkən assist edən digər “Barselona”lı Boyan Krkiçə məxsus idi.
0
0