UEFA Çempionlar Liqasının yarımfinal cütləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, "Milan" ardıcıl 2-ci dəfə İtaliya klubu ilə qarşılaşacaq. İtaliya çempionatının lideri "Napoli"ni turnirdən uzaqlaşdıran "Milan" bu dəfə əzəli rəqibi "İnter"lə qarşılaşmalı olacaq.
Sabiq komandası "Bavariya"nı turnirdən kənarlaşdıran Pep Qvardiola və futbolçuları yenə güclü rəqiblə üz-üzə gələcəklər. Katalon məşqçinin yetirmələrinin budəfəki rəqibi İspaniya Kral klubu kimi tanınan Madrid "Real"ı olacaq.
Çempionlar Liqası
1/2 final oyunları
"Milan" – "İnter" (ilk oyun 10 mayda, cavab matçı 16 mayda keçiriləcək)
"Real" – "Mançester Siti" (ilk oyun 9 mayda, cavab matçı 17 mayda keçiriləcək)
Qeyd edək ki, final 10 iyunda Türkiyənin İstanbul şəhərindəki Atatürk adına Olimpiya stadionunda baş tutacaq.
- Ölkə çempionatı: Sərbəst güləş üzrə ilk finalçılar bəlli olub
- "Qarabağ"ın sabiq futbolçusu: “Qışdan sonra daha yaxşı "Neftçi" görə bilərik" - MÜSAHİBƏ
- Albert Riera: “İlk oyundan sonra belə hiss yarandı ki…”
- “Mançester Yunayted" sabiq futbolçusunu komandaya qaytarmaq istəyir
- Üzgüçülər Qusara toplaşır