DÇ-2026 - 1/8 final cütü: Argentina - Misir
04.07.2026 - 05:01
DÇ-2026 - 1/8 final cütü: Argentina - Misir

DÇ-2026-da daha bir 1/8 final cütü müəyyənləşib.

Apasport.az xəbər verir ki, növbəti mərhələdə Argentina Misirə rəqib olub. 

Argentina 1/16 finalda Kabo-Verdeni 3:2, Misir isə Avstraliyanı penaltilər seriyasında 4:2 (əsas və əlavə vaxt – 1:1) hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Argentina - Misir qarşılaşması iyulun 7-də keçiriləcək.

Qalib komanda 1/4 finalda İsveçrə - Kolumbiya/Qana cütünün qalibi ilə üz-üzə gələcək.