De Liqt 5 illik müqaviləyə razılaşdı
09.07.2022 - 15:46

“Bavariya” “Yuventus”un müdafiəçisi Mattiys de Liqtdən əl çəkmir.
Apasport.az saytının məlumatına görə, Münhen klubunun gənc oyunçuya təklif etdiyi müqavilənin təfərrüatları müəyyənləşib.
Almaniya çempionu Niderland millisinin üzvünə 5 illik sözləşmə təklif edib. Tərəflər arasında transferlə bağlı hətta şifahi razılıq da olub. “Bavariya” rəhbərliyi indi də “Yuventus”la ortaq məxrəcə gəlməyə çalışır. Bu transferin 80-90 milyon avro aralığında reallaşması gözlənilir.
Qeyd Mattiys de Liqt ötən mövsüm 42 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
- Şahruddin Məhəmmədəliyev: "Avropa Liqasında “Qarabağ”ın məğlub edə bilməyəcəyi komanda yoxdur" - Müsahibə
- Kadi az qala "Qarabağ"a gəlməyinə peşmandır: Braziliyalıdan maraqlı açıqlama
- "İnter Mayami"dən Messinin zədəsi ilə bağlı açıqlama
- İdmançımız Polşada bürünc medal qazanıb
- Sabiq “Qalatasaray”lı “Əl-Duhail”dən ayrıldı - RƏSMİ
0
0