De Yonq və Depay Londona yollandı
29.08.2022 - 18:10
“Barselona”nın futbolçuları Frenki de Yonq və Memfis Depay Londona yollanıb.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvlərinin bu səfərinin transferlə əlaqəsi yoxdur.
Hər iki oyunçu “Mançester Yunayted” və “Çelsi”nin transfer gündəmində olsa da, onlar orada danışıq aparmayacaq. Xüsusən də, de Yonq “Barselona”da qalmaq qərarına gəlib və bundan ötrü maaşının azladılmasına da razılıq verib.
Depay və de Yonq “Mançester Yunayted”dəki həmyerliləri Donni van de Bekin toyunda iştirak etmək üçün İngiltərəyə uçublar.
- Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ
- "Zirə" Albaniya millisinin sabiq üzvünü transfer edəcək
- Avropanın ən güclüsü bilindi: 5 ildən sonra 5-ci dəfə...
- Albaniya millisinin baş məşqçisi: "Azərbaycanla oyun bizim üçün çox vacib və dəyərlidir"
- Yüksək Liqa: "Azərreyl" "Abşeron"la üz-üzə
0
0