Diomande parladı – Fil Dişi Sahilinin ən yaxşısı
15.06.2026 - 06:01
Diomande parladı – Fil Dişi Sahilinin ən yaxşısı

Fildişi Sahili millisinin futbolçusu Yan Diomande Ekvadorla matçın ən yaxşı oyunçusu seçilib.

Apasport.az xəbər verir ki, Diomande görüşdəki fəal oyunu ilə diqqət mərkəzinə düşüb.

"Leypziq"in ulduzu matç ərzində 5 açar ötürmə edib, rəqibin cərimə meydançasında 12 dəfə top qəbul edib. Futbolçunun oyun üçün ümumi qiyməti 8.1 olub.

Qeyd edək ki, Fildişi Sahili Ekvadoru 1:0 hesabı ilə məğlub edib.