Futbol üzrə 2030-cu il dünya çempionatına ev sahibliyi edəcək ölkələrdən olan İspaniyada oyunların keçiriləcəyi 11 stadionun adını açıqlanıb.
Apasport.az xəbər verir ki, mundialın İspaniyadakı qarşılaşmaları "Anoeta" (San Sebastyan), "Kamp Nou" (Barselona), "Qran Kanariya" (Las-Palmas), Olimpiya stadionu (Sevilya), "Rosaleda" (Malaqa), "Nueva Romareda" (Saraqosa), "Kornelya - El Prat" (Barselona), "Riasor" (La-Korunya), "San-Mames" (Bilbao), "Metropolitano" (Madrid), "Santyaqo Bernabeu" (Madrid) stadionlarında gerçəkləşəcək.
Turnirin final görüşünün Madriddə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2030-cu ildə mundiala 6 ölkə - İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək.
- Azərbaycan çempionunun baş məşqçisi: “İlk oyunlar isə hər zaman ağır olur”
- Taekvondoçumuz klublararası Avropa çempionatında gümüş medal qazanıb
- “Nant”ın müdafiəçisi: “Qarabağ”a məğlubiyyət boğazımda düyünlənib”
- “İmişli”dən bəyanat: “Bu gün bizim uğurumuza sevinə bilməyənlər…”
- Premyer Liqa klubunda iki vida