"Barselona"da ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın ulduz futbolçusu Lamin Yamal zədələnib.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Hücumçu La Liqanın XXXIII turunun "Selta" ilə matçında sıradan çıxıb.
O, penalti zərbəsini yerinə yetirdikdən sonra yerə yıxılıb. Bir müddət ayağa qalxa bilməyən Yamal nəticədə əvəzlənib. İlkin müayinələrə görə, Laminin arxa bud əzələlərində yırtıq yaranıb.
Bu məlumat təsdiqlənərsə, ulduz futbolçu mövsümün qalan hissəsini və dünya çempionatının ilk oyunlarını buraxa bilər.
Onun durumu ilə bağlı rəsmi məlumat yoxdur.
Qeyd edək ki, görüş "Barselona"nın qələbəsi ilə nəticələnib - 1:0. Matçda yeganə qolu məhz Yamal vurub.
- Prezident İlham Əliyev Azərbaycan – Timor-Leste oyununu izləyir - YENİLƏNİB
- İnqilab Məmmədov Əvəzedicilər Liqasına göndərildi
- DÇ-2026: Portuqaliya və Norveçdən darmadağın, Ukrayna pley-offda - YENİLƏNİB
- Yuri Matias: "Çalışacağıq ki, eyni səhvləri etməyək"
- MMA döyüşçülərimiz dünya çempionatında medallar qazanıblar