Dünyanın ən populyar klubu açıqlandı
13.07.2022 - 21:45
“Mançester Yunayted” sosial mediada ən çox izləyicisi olan futbol klubu ünvanını ələ keçirib.
Apasport.az xəbər verir ki, bu barədə “Conviva” analitik şirkəti məlumat yayıb.
Bildirilib ki, ötən mövsüm sosial şəbəkələrdə İngiltərə təmsilçisi ilə bağlı mesajların ümumi sayı 2 milyarda çatıb. Hər yazıya orta hesabla 75 min rəy gəlib. Bu da “Mançester Yunayted”i dünyanın ən populyar klubuna çevirib.
“Qırmızı şeytanlar” İspaniya nəhəngləri “Barselona” və “Real”ı qabaqlayıb. Ötən mövsüm katalonlarla bağlı mesajların sayı 1,6 milyard, madridlilərdə isə 1,4 milyard olub.
- Millimizdən Avropa çempionatında daha bir medal
- "Baku Fire" Qazaxıstan təmsilçisini məğlub etdi
- Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşdi
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Estoniya millisinin baş məşqçisi: "Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi"
0
0