“Əl-Nəsr” darmadağınla qalib gəldi, Ronaldudan HET-TRİK
31.03.2024 - 01:34
![“Əl-Nəsr” darmadağınla qalib gəldi, Ronaldudan HET-TRİK](https://apasport.az/storage/news/2024/march/31/big/66088679b575b66088679b575c171183474566088679b575966088679b575a.jpeg)
Səudiyyə Ərəbistanı Liqasının 25-ci turunun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, "Əl-Nəsr" evdə "Əl-Tai"ni qəbul edib. Görüş ev sahibinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Kriştianu Ronaldu 3 qol vurub. Bu, 39 yaşlı futbolçunun 2024-cü ildə ilk het-triki olub.
Qeyd edək ki, bununla da, portuqaliyalı ulduzun karyerasında het-trik sayı 64-ə çatıb.
0
0