“Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
25.11.2026 - 00:18
“Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı

“Əl-Nəsr” Asiya Çempionlar Liqasının V turunda doğma meydanda “Əl-Sədd”i qəbul edib.

Apasport.az xəbər verir ki, qarşılaşma Səudiyyə Ərəbistanı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində Kriştiano Ronaldo və Joao Feliks fərqləniblər.

Beləliklə, 41 yaşlı superulduz karyerasında 987-ci qolunu vurub.