Ərəblər “Liverpul”u istəyir
10.11.2022 - 00:39
![Ərəblər “Liverpul”u istəyir](https://apasport.az/storage/news/2022/november/09/big/636bb741f2110636bb741f21111668003649636bb741f210e636bb741f210f.jpg)
“Liverpul”un potensial müştərilərindən biri bəlli olub.
Apasport.az saytının məlumatına görə, Dubay İnvestisiya Kapitalı (DIC) İngiltərə klubunu almaq niyyətindədir.
BƏƏ-dən olan investorlar Premyer Liqa təmsilçisi üçün 5 milyard dollar təklif edəcək. Klubun indiki sahibi “Fenway Sports Group” (FSG) “Liverpul”u satmaq istəyindədir.
Qeyd edək ki, ABŞ şirkəti klubu 2010-cu ilin mayında 3,5 milyard funt sterlinqə alıb.
0
0