Fabreqas İtaliya klubunda
15.07.2022 - 11:52
![Fabreqas İtaliya klubunda](https://apasport.az/storage/news/2022/july/15/big/62d11c8eb545362d11c8eb5454165787150262d11c8eb544f62d11c8eb5451.jpg)
Sesk Fabreqas karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu yeni mövsümdən B seriyasında çıxış edəcək.
35 yaşlı ispaniyalı yarımmüdafiəçi “Komo” ilə müqavilənin şərtlərini razılaşdırıb. O, yeni komandası ilə 2 illik sözləşmə imzalayacaq. İtaliyada oynamaq arzusunda olan Fabreqasın bu qərarında gələcəkdə məşqçi olmaq istəyinin də təsiri olub.
Qeyd edək ki, Sesk ötən mövsüm “Monako”nun heyətində Fransa çempionatında 2 oyunda iştirak edib.
0
0