Fatih Terimin komandası azarkeşlərə hədiyyə paylayacaq
31.12.2024 - 14:38
Fatih Terimin baş məşqçisi olduğu "Əl-Şabab" azarkeşlərinə hədiyyələr paylayacaq.
Apasport.az xəbər verir ki, "ağ-qara" komanda matçlara daha çox azarkeş cəlb etmək üçün lotereya keçirmək qərarına gəlib.
"Əl-Şabab" rəhbərliyi püşkatma yolu ilə azarkeşlərə avtomobil, 3 telefon, 2 tablet, "İmperator Fatih Terim" imzalı 20 forma, Fatih Terim və futbolçularla görüşmək və klub muzeyini gəzmək üçün 20 bilet hədiyyə edəcək.
Qeyd edək ki, Terimin komandası Səudiyyə Ərəbistanı Liqasında 23 xalla 6-cı pillədə qərarlaşıb.
- U-18 millimiz Qəbələdə təlim-məşq toplanışı keçəcək
- Emin Ağayev Ukrayna ilə müharibəyə gedə bilər - komissarlığa yollandı
- Kiberpolis “Qarabağ” – “Çelsi” oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirib
- II Liqa: "Xankəndi" darmadağınla qalib gəldi
- Girassi – bundesliqasının yeni rekordçusu
0
0