Felipe Melo komandasından ayrılıb
02.01.2025 - 16:42
Braziliyanın "Fluminense" klubu müqaviləsi başa çatan Felipe Melo ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi 41 yaşlı yarımmüdafiəçisi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliya millisinin sabiq üzvünün klubla 2024-cü ilin sonunda başa çatan sözləşməsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, Felipe Melo 2025-ci ilin yanvar ayında "Fluminense"də çıxış edirdi. Təcrübəli futbolçu bu müddət ərzində komandanın heyətində keçirdiyi 108 rəsmi matçda 3 qol vurub.
- Nazim Məmmədzadə: "Santuşun məni milliyə çağırması real görünmür" - Müsahibə
- Azər Məmmədov: “0:4 hesabı ilə məğlub olmuşuqsa, hakim haqda danışmağa dəyməz”
- Güc idman növləri üzrə Azərbaycan kuboku start götürdü
- Qnabri daha 2 il “Bavariya”da - RƏSMİ
- Kvirkveliya: “Sevgilimlə burada vaxtımızı əyləncəli keçirmək üçün çoxlu restoran var” - VİDEO
0
0