Avropa Liqasında yoluna davam edən "Fənərbaxça" UEFA-ya təqdim etdiyi siyahısını yeniləyib.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" 2-si yeni transfer olan 3 futbolçunu UEFA siyahısına əlavə edib.
Heyətində 3 dəyişiklik etmək hüququ olan Joze Mourinyo ilk olaraq yenilənmiş siyahıya Dieqo Karlosun adını yazsa da, təcrübəli müdafiəçi zədələndikdən sonra planlar pozulub.
Qış transfer dönəmində komandaya qoşulan Milan Şkriniar siyahıdan çıxarılan Dieqo Karlosun yerinə heyətə daxil edilib.
Şkriniarla yanaşı, yeni transfer Anderson Talişka və daha əvvəl UEFA heyətinə salınmayan Filip Kostiç də siyahıda yer alıb.
Qeyd edək ki, "Fənərbaxça" UEFA Avropa Liqasının pley-off mərhələsində "Anderlext"lə qarşılaşacaq.
- Azərbaycan millisinin üzvü: "Avropa çempionatına vəsiqə qazanmağa çalışacağıq"
- "Çelsi" etdiyi transferlərlə heyətinin dəyəri 1 milyard avronu keçdi
- Reqekampf: "Hakimlər formalarını dəyişməli idilər"
- İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
- Argentina millisinin sabiq futbolçusundan azərbaycanlı müğənniyə MESAJ - FOTO