
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Trabzonspor" və “Fənərbaxça” ilə bağlı qərar qəbul edib.
Apasport.az xəbər verir ki, bu barədə TFF İntizam Komitəsi məlumat yayıb.
“Fənərbaxça”nın 2 futbolçusu - Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyunluq cəza alıblar. Osayi Samuel isə cəza verilməyib.
"Trabzonspor" isə qarşıdakı 6 ev oyununu azarkeşsiz keçirəcək. "Trabzonspor"un məşqçisi Egemen Korkmaz da bir görüşdə texniki zonada yer almayacaq.
Qeyd edək ki, Superliqanın 30-cu həftəsinin "Trabzonspor"-"Fənərbaxça" qarşılaşmasından sonra "sarı-lacivərdlilər" 3:2 hesablı qələbəyə sevinərkən meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər.
- Fərid Qayıbov UNESCO-nun komitə sədri seçildi
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasının iclasında iştirak edəcəklər
- "Sumqayıt"ın avrokuboklardakı oyununun vaxtı dəyişdirilib
- Parataekvondoçumuzdan Cənubi Koreyada bürünc medal - FOTO
- Azərbaycan "BRICS Sports Games Kazan 2024"ü 34 medalla başa vurub