“Fənərbaxça”da ciddi itki - Mövsümü başa vurdu
16.12.2024 - 09:18
![“Fənərbaxça”da ciddi itki - Mövsümü başa vurdu](https://apasport.az/storage/news/2024/december/16/big/675fb822afc8a675fb822afc8b1734326306675fb822afc79675fb822afc89.jpeg)
Türkiyə təmsilçilərindən “Fənərbaxça” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, İstanbul nəhənginin müdafiəçisi Rodriqo Bekao sıradan çıxıb.
Braziliyalı oyunçu Super Liqada “Başakşehir”lə oyunda (3:1) zədə alıb. O, mövsümün qalan hissəsini buraxmalı olacaq.
Bekao bu mövsüm 15 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0