“Fənərbaxça” daha bir rekordla gündəm olub.
Apasport.az xəbər verir ki, İstanbul klubunun rəsmi atributlarının satışı ilə məşğul olan “Fenerium” mağazalar şəbəkəsi son 5 ayda 150 min forma satışı həyata keçirdiklərini açıqlayıb.
Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirən “Fenerium” nəticənin klub üçün bir rekord olduğunu vurğulayıb. Xüsusilə “sarı-lacivərdli” komandanın mövsümə uğurlu başlaması və əldə olunan nəticələrin bu rekordda mühüm rol oynadığı vurğulanır.
Qeyd edək ki, Konfrans Liqasında yoluna davam edən “Fənərbaxça” 4 turdan sonra topladığı 9 xalla qrup lideridir. Türkiyə Super Liqasında da çempionluq mübarizəsinə davam edən “bülbüllər” topladığı 31 xalla əzəli rəqibi “Qalatasaray”la ilk pilləni bölüşür.
- Bakıda “Kata for All” kata festivalı start götürüb - FOTO
- Dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
- Paris-2024: Hidayət Heydərov 1/4 finalda!
- Millətlər kubokunda 3 qızıl və 2 gümüş medal - FOTOLENT
- Dünya Çempionatında qadın güləşçilərimizin çıxışı davam edir