“Fənərbaxça”nın futbolçusu Linkoln Henrike yayda İstanbul klubundan ayrılmağa yaxındır.
Apasport.az xəbər verir ki, 26 yaşlı braziliyalı vingerlə “Bayer Leverkuzen” maraqlanır.
Bundesliqa təmsilçisi artıq Linkolnun transferi ilə bağlı “Fənərbaxça” ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, Linkoln Henrike daha əvvəl Braziliyada “Qremio”, “Amerika Mineyro”, Portuqaliyada “Santa Klara”, həmçinin Türkiyədə “Rizespor”un formasını geyinib. O, 2022-ci ildə “Fənərbaxça”ya transfer olunub, bu müddət ərzində “Braqantino”da icarə əsasında çıxış edib və hazırda İngiltərənin “Hall Siti” klubunda oynayır.
Linkolnun “Fənərbaxça” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.
- 2 boksçumuz Qızıl kəmər seriyasının qalibi oldu
- "Sumqayıt"ın oyunçusu: "Müdafiədə daha etibarlı oynamalıyıq"
- Boksçularımızdan Millətlər kubokunda 11 medal
- Boksçularımız “Brandenburq kuboku”nda mübarizə aparacaq
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi